İordaniyanın yeni kralı 40 gün matəm elan etdi

İordaniyanın yeni kralı 40 gün matəm elan etdi

23 Yanvar 2015 10:45
327
Bəyəndim (0) Bəyənmədim (0)

İordaniyada Səudiyyə Ərəbistanı Kralı Abdullah ibn Əbdüləzizin vəfatı ilə əlaqədar 40 gün matəm elan edib. Bu barədə Trend İordaniyanın Petra informasiya agentliyinə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, İordaniya Haşimilər Krallığının başçısı II Abdullah İbn Əl-Hüseyn Səudiyyə Ərəbistanı kralının vəfatı ilə əlaqədar Davos forumunda iştirakını yarımçıq qoyaraq Səudiyyə Ərəbistanına gedib.

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanının kralı Abdullah ibn Əbdüləziz vəfat edib. Ötən həftə səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən krala qaraciyər sətəlcəmi diaqnozu qoyulmuşdu. Vəfat edən kralın yerinə vəliəhd Şahzadə Salman ibn Əbdüləziz təyin olunub.