Zakir Həsənov BƏƏ Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib

Zakir Həsənov BƏƏ Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib

22 Yanvar 2015 16:43
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general-mayor İbrahim Nasir Məhəmməd Əl-Ələvini qəbul edib.

MN-nin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, tərəflər regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini xüsusi vurğulayaraq Silahlı Qüvvələrin şəxsi heyətinin prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə vətənin hər qarış torpağını işğalçılardan azad etmək üçün döyüşə hazır olduqlarını diqqətə çatdırıb.

Görüşdə BƏƏ-nin Azərbaycandakı səfiri Səlim Xəlifə Məhəmməd Əl-Ğafli iştirak edib.

Mediainfo.az