İlham Əliyev “Airbus Group International” şirkətinin rəhbəri ilə görüşüb - FOTO

İlham Əliyev “Airbus Group International” şirkətinin rəhbəri ilə görüşüb - FOTO

22 Yanvar 2015 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Airbus Group International" şirkətinin direktoru Jan-Pyer Talamoni ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Fransa arasında kosmos sənayesi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Söhbət zamanı "Azərbaycan Hava Yolları" QSC ilə "Airbus Group International" şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edildi. (AzərTAc)

Mediainfo.az