Sergey Lavrov: "Obamanın çıxışı göstərir ki, ABŞ dünyada dominantlıq etmək istəyir”

Sergey Lavrov: "Obamanın çıxışı göstərir ki, ABŞ dünyada dominantlıq etmək istəyir”

21 Yanvar 2015 13:05
Bəyəndim (0) Bəyənmədim (0)

"Birləşmiş Ştatlar təkbaşına heç bir problemi həll etmək iqtidarında deyil".

APA-nın Moskva müxbiri bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Nazir qeyd edib ki, bu üzdən ABŞ koalisiyada dəyişikliklər etmək məcburiyyətindədir. "Obamanın çıxışı göstərir ki, ABŞ dünyada dominantlıq etmək istəyir", - deyə o vurğulayıb. S. Lavrov həmçinin qeyd edib ki, ABŞ-ın qarşıdurmaya meyllənməsinə rəğmən, Rusiya "soyuq müharibə"ni istəmir və buna imkan verməyəcək.

Mediainfo.az