Əhməd Davudoğludan ermənilərə "dost" təklifi

Əhməd Davudoğludan ermənilərə "dost" təklifi

21 Yanvar 2015 10:25
Bəyəndim (0) Bəyənmədim (0)
Baş nazir Qrant Dinki ziyalı adlandırdı

Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbulda erməni dilində nəşr olunan "Agos" qəzetinin baş redaktoru Qrant Dinkin öldürülməsinin 8-ci ildönümü ilə əlaqədar açıqlama verib.. O, Dinki həm erməni, həm də Türkiyəyə bağlılığından vaz keçmədən türklər və ermənilərin ortaq gələcəklərini inşa etməyin yollarını araya dəyərli bir Anadolu ziyalısı adlandırıb: "Biz köklü acıların aşılması və tarixi birliyin xatırlanması üçün ürəyini və ağlını ortaya qoyan, türk-erməni dostluğunu özündə birləşdirən Dinkin dostluq yoluna tutduğu məşəlin işığında zehinlərdə və könüllərdə qapılar açmaq istəyirik".

Ə. Davudoğlu türk-erməni dostluğuna inanan hər kəsi yeni bir başlanğıca dəvət edib və bütün ermənilərə səslənib: "Müharibə şərtlərində məcburi yer dəyişdirmə siyasətinin 1915-ci il hadisələri də daxil olmaqla, qeyri-insani nəticələr doğurduğunu daha öncə də açıqlayan Türkiyə ermənilərin acılarını paylaşır və iki xalq arasında yenidən birgə duyğuların yaranması üçün səbr və qərarlılıqla cəhdlər göstərir. Qarşılıqlı münasibətlərimizi əsir alan düşmənçiliyin aradan qaldırılması üçün başda dialoq qurulması olmaqla, hansı addımları atmağın lazım gəldiyini göstərən Türkiyə baş nazirinin 23 aprel 2014-cü il tarixli başsağlığı mesajı bu cəhdlərin ən bariz ifadəsidir. Zamanı 1915-ci ildə donduran böyük travmanı geridə buraxmağın yolu tabutların yıxılması ilə başlaya bilər. Türkiyə bu nöqtəni aşıb və keçmişdən qalan basıma gəlib sözləri, bəyanatları geridə qoyub".

Ə. Davudoğlu eyni coğrafiyanı və uzun bir tarixi bölüşən türklər və ermənilərin bütün məsələləri yalınız öz aralarında müzakirə edə biləcəklərini və həll yollarını da yalnız birlikdə axtara biləcəklərini vurğulayıb: "Qarşılıqlı etimad və əməkdaşlıq anlayışını inkişaf etdirmək, 800 illik ortaq tariximizin işığında bir-birimizi yenidən tanımaq, insani əlaqələr qurmaq vacibdir. Bu anlayışla erməni dostlarımızı Türkiyəni daha çox ziyarət edərək qarşılıqlı etimadsızlığı aradan qaldırmağa dəvət edirik".

Açıqlama erməni dili də daxil olmaqla, 8 dildə yayılıb.

Mediainfo.az