Eduard Limonov: “6 ermənini öldürən rus əsgərini güllələmək lazımdır”

Eduard Limonov: “6 ermənini öldürən rus əsgərini güllələmək lazımdır”

19 Yanvar 2015 16:10
Bəyəndim (0) Bəyənmədim (0)

"Gümrüdə bir ailənin 6 üzvünü öldürən Rusiyanın 102-ci bazasının əsgəri Valeri Permyakovu güllələmək lazımdır".

Ermənistan saytıları xəbər verir ki, bunu "Druqaya Rossiya" partiyasının rəhbəri Eduard Limonov deyib. Onun sözlərinə görə, bu məsələ ən qısa zamanda həll olunmalıdır: "Permyakovu bazada güllələyib, Rusiya qürurunu qurtarmaq lazımdır. Heç nə onu təmizə çıxarda bilməz".

O həmçinin bildirib ki, digər çıxış yolu da var: "Erməni xalqı Permyakovu öz sərhədləri daxilində mühakimə etmək istəyir. Rusiya Ali Məhkəməsinin Hərbi Kollegiyası dərhal 102-ci bazaya yollanmalıdır və burada mümkün qərarı çıxarda bilərlər".

Mediainfo.az