Prezidentə cinayət işi açan prokuror güllələndi

Prezidentə cinayət işi açan prokuror güllələndi

19 Yanvar 2015 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

Argentina Prezidenti Kristina Fernandes haqqında cinayət işi açan prokuror Alberto Nisman öldürülüb.

Prokuror evində duş qəbul edərkən güllələnib.

Nisman xanım Fernandesə 1994-ci ildə paytaxt Buenos Ayresdə yəhudi mərkəzinə hücum nəticəsində 85 adamın öldüyü hadisəsində əli olduğunu iddia edərək cinayət işi açmışdı.

Prokuror Nismanın ölümündən bir neçə saat sonra məclisə gedərək Prezident Kristina Fernandes və ona bağlı əməkdaşlara cinayət işi haqqında məlumat verəcəyi gözlənilirdi.

Müxalifət partiyası millət vəkillərindən olan Patrisi Bullriç prokurora təhdid edildiyini və Baş Prokurorluqdan qorunma istədiyini açıqlayıb. Onun sözlərinə görə, bir prokurorun məclisə cinayət işini şərh etməzdən bir neçə saat öncə öldürülməsi böyük bir hadisədir.

Xatırladaq ki, Alberto Nisman Argentinada son bir həftə ərzində ən çox danışılan şəxslərdən biri idi. Belə ki, yayılan xəbərlərə görə, Nisman 85 adamın öldüyü və 300 adamın yaralandığı yəhudi mərkəzinə edilən hücumun arxasında İranın olduğunu irəli sürərək, bu hücumda başda Prezident Kristina Fernandes olmaqla bir çox millət vəkillərini ittiham edəcəkmiş.

Bir güllə ilə başından vurularaq öldürülən prokurorun əlində əks-kəşfiyyat xidmətinin ona verdiyi İran rəsmilərinin səs yazısı olduğu iddia edilirdi.

Mediainfo.az