Aleksandr Bastrıkin bu gün İrəvana səfər edəcək

Aleksandr Bastrıkin bu gün İrəvana səfər edəcək

19 Yanvar 2015 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

APA-nın məlumatına görə, A. Bastrıkinin səfəri ermənistanlı həmkarı Aqvan Ovsepyanın dəvəti əsasında baş tutacaq.

Səfər zamanı tərəflər Avetisyan ailəsinin qətli ilə bağlı ararılan istintaqa aid məsələləri müzakirə edəcəklər. A. Ovsepyan istintaqın əhəmiyyəti nəzərə alaraq A. Bastrıkini Ermənistana səfərə dəvət edib.

Xatırladaq ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvü güllələnib. Cinayəti Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov törədib. O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.

Mediainfo.az