Sarkisyanın iqamətgahı mühasirəyə alındı

Sarkisyanın iqamətgahı mühasirəyə alındı

15 Yanvar 2015 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın paytaxtı İrəvanda böyük bir dəstə prezident Serj Sarkisyanın iqamətgahını mühasirəyə alıb.

"Novosti Armenii"nin məlumatına görə, aksiyanın təşkilatçılarından David Manukyan bildirib ki, məqsəd Gümrüdəki mitinqlə həmrəy olduqlarını göstərməkdir. O bildirib ki, onlar da gümrülülərin qatil əsgərin mühakimə olunması üçün Ermənistana verilməsi tələbini dəstəkləyirlər.

Xatırladaq ki, Rusiyanın Gümrüdəki hərbi bazasının əsgəri Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Rusiya sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Lakin o, Ermənistan tərəfinə verilməyib. Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, ölkə qanunlarına görə V.Primakovu özləri mühakimə etməlidirlər.

Mediainfo.az