İŞİD cəlladı öldürüldü

İŞİD cəlladı öldürüldü

15 Yanvar 2015 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyada azyaşlıya insan öldürtdürən İŞİD terrorçusu məhv edilib. Ötən gün yayılan videoda yanında təxminən 10 yaşlı oğlan olan İŞİD terrorçusu rus casusu hesab olunan əlləri bağlı iki şəxsin arxasında dayanaraq onları mühakimə edir. Daha sonra uşaq əlindəki tapança ilə rusları öldürür.

APA TV-nin xəbərinə görə, uşağın yanında olan terrorçunun Əbu Saad Dağıstani olduğu bildirilirdi. İŞİD-ə yaxın mənbələr isə Əbu Saadın Suriyanın Kobani şəhərində öldürüldüyü xəbərini yayıb.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı koalisiyaya aid hərbi təyyarələrin Kobaniyə 6 hava hücumu həyata keçirdiyini açıqlayıb. Hücumlarda İŞİD-in 8 mövqeyi və zirehli avtomobilinin vurulduğu qeyd olunur.

Mediainfo.az