İvitsa Daçiç: "Mən Ukraynadakı münaqişə tərəflərini təmkinli davranmağa çağırıram"

İvitsa Daçiç: "Mən Ukraynadakı münaqişə tərəflərini təmkinli davranmağa çağırıram"

15 Yanvar 2015 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

"Dialoq və kompromis, münaqişələrin sülh yolu ilə nizamlanması, etimadın yaradılması ATƏT-də Serbiya sədrliyinin əsas prinsiplərindəndir"

"Dialoq və kompromis, münaqişələrin sülh yolu ilə nizamlanması, etimadın yaradılması ATƏT -də Serbiya sədrliyinin əsas prinsiplərindəndir".

Apa-nın ATƏT -in rəsmi "Tvitter " səhifəsinə istinadən məlumatına görə, bunu ATƏT -in fəaliyyətdə olan sədri, Serbiya XİN başçısı İvitsa Daçiç ATƏT Daimi Şurasının iclasında bildirib.

O qeyd edib ki, Serbiyanın sədrliyi çox çətin vaxta təsadüf edir: "Bununla belə, Serbiya münaqişələrin həllində dinc nizamlanma üçün münbit şərait yaratmağa, tərəfləri dialoqa həvəsləndirməyə, ölkəsinin təcrübəsini bütün ATƏTcoğrafiyası ilə bölüşməyə çalışacaq".

"Ukraynadakı vəziyyət bölgənin sabitliyi, Avropanın və dünyanın təhlükəsizliyi üçün ciddi təhdid yaratmağa davam edir. Mən Ukraynadakı bütün münaqişə tərəflərini güc tətbiqindən çəkinməyə və təmkinli davranmağa çağırıram", - deyə İ.Daçiç bildirib.

Terror aktlarına da toxunan İ.Daçiç qeyd edib ki, son hadisələr bir daha beynəlxalq ictimaiyyətin terrora qarşı qətiyyətli davranmasının vacibliyini göstərib.

İ.Daçiç 2015-ci ilin Helsinki Aktının 40-cı ildönümünə təsadüf etdiyini qeyd edərək, insan hüquqları və ifadə azadlığının təmin olunmasının, jurnalistlərin getdikcə artan təhdidlərdən qorunmasının vacibliyini vurğulayıb.

Mediainfo.az