Prezident Türkiyəyə gedir

Prezident Türkiyəyə gedir

13 Yanvar 2015 15:41
Bəyəndim (0) Bəyənmədim (0)
Səfər çərçivəsində Türkiyə-Azərbaycan arasında konfrans keçiriləcək

Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək. ANS-in məlumatına görə, bu barədə Türkiyə prezidentinin rəsmi saytında qeyd edilib. Bildirilib ki, 15 yanvar tarixində İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə rəsmi səfər edəcək.

Sözügedən ziyarət zamanı iki dövlət başçısının birgə rəhbərliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV konfransı da keçiriləcək.

Səfər zamanı aparılacaq danışıqlar və konfrans çərçivəsində birgə fəaliyyət, dost və qardaş iki ölkə arasındakı ikitərəfli əlaqələrin və əməkdaşlığın hərtərəfli şəkildə müzakirə olunmasına, daha da irəliyə daşınmasına imkan verəcək.

Görüşlərdə həmçinin iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Mediainfo.az