Herbert Salber Azərbaycana gələcək

Herbert Salber Azərbaycana gələcək

12 Yanvar 2015 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycana səfər edəcək. Apa-nın avropa İttifaqının Bakı nümayəndəliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər 14-15 yanvar tarixlərində həyata keçiriləcək.

Səfər zamanı dağliq Qarabağ münaqişəsinin həlli barədə müzakirə aparılacaq. Nümayəndəlikdən onu da bildiriblər ki, səfər proqramı hələlik tam təsdiqlənməyib.

Mediainfo.az