Anjey Kaspşikin mandatı uzadılıb

Anjey Kaspşikin mandatı uzadılıb

7 Yanvar 2015 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin (Polşa) mandatı uzadılıb. Bu barədə ATƏT mətbuat xidməti məlumat yayıb.

Qərar rəsmi şəkildə yanvarın 15-də ATƏT Daimi Şurasının iclasında açıqlanacaq. Qeyd edək ki, Anjey Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından icra edir.

Beləliklə, polşalı diplomat 18-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.

Mediainfo.az