Baş nazir: “Qonşularımız rəqibimiz deyil”

Baş nazir: “Qonşularımız rəqibimiz deyil”

5 Yanvar 2015 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

"Yaxın gələcəkdə Avropa ittifaqı ilə münasibətlərdə dinamizm gözləyirik". Apa -nın "Sabah"a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu ticarət müşavirləri toplantısının açılışında bildirib.

"Hər biriniz işlədiyiniz ölkə ilə münasibətlərdə dəyişiklikləri indidən planlamalı və düzgün təhlili indidən bizə verməlisiniz. 20 il əvvəl Gömrük İttifaqı anlaşmasının imzalandığı dövrdəki şərtlər çox dəyişib. Artıq rəqabət gücünə sahib olan bir türk sənayesi var. Bazara ciddi təsir göstərən sahələrimiz var", – deyə Ə. Davudoğlu söyləyib. O qeyd edib ki, Türkiyə son 12 ildə qonşu dövlətlərə münasibətlərə əhəmiyyət verib: "Qonşu ölkələrlə yeni mexanizmlər formalaşdırdıq. Təkcə yola saldığımız dekabr ayında Yunanıstan, İraq və Rusiya ilə birgə əməkdaşlıq komissiyalarının iclaslarını keçirdik. Türkiyə qonşu ölkələrlə münasibətləri inkişaf etdirməkdə qərarlıdır. Türkiyə ilə İraq iqtisadi baxımdan bir-birini tamamlayan ölkələrdir, rəqib ölkələr deyil. Bütün qonşu ölkələrlə münasibətlərdə bu yolu izləmək lazımdır. Dünyanın ilk 10 ən böyük iqtisadiyyatı olan ölkələr sırasına girə bilməyimiz üçün siyasi sərhədlərimizin sabit qalması ilə yanaşı, iqtisadi sərhədlərimizi yaymaq və dərinləşdirmək lazımdır".

Mediainfo.az