ABŞ “İran Air”ə qarşı sanksiya tətbiq etdi

ABŞ “İran Air”ə qarşı sanksiya tətbiq etdi

24 İyun 2011 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı məlumata görə, Birləşmiş Ştatlar İranın iri hava yolları şirkəti "İran Air" və İranda limanları idarə edən şirkətə qarşı sanksiyalar tətbiq edib. Nazirlik xəbərdarlıq edib ki, Amerika vətəndaşları və təşkilatlara sanksiyaların tətbiq olunduğu şirkətlərlə işgüzar əlaqələrə girmək qadağandır. Bundan başqa, şirkətlərin ABŞ-dakı bank hesabları dondurulacaq. Birləşmiş Ştatlar iddia edir ki, sanksiyaların tətbiq olunduğu şirkətlər Tehranın kütləvi qırğın silahı hazırlanması proqramında iştirak edirlər. Qeyd edək ki, "İran Air" şirkəti 35 istiqamət üzrə beynəlxalq uçuşlar həyata keçirir.

Bu xəbər İran rəhbərliyini əməlli-başlı havalandıracaq.

Tofiq Əliyev

O.M.