Qoşunların təmas xəttində monitorinq keçiriləcək

Qoşunların təmas xəttində monitorinq keçiriləcək

22 İyun 2011 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 23-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy keçirəcəklər.

ATƏT bekarçılıqdan boş-boş monitorinqlər keçirir.

Tofiq Əliyev

O.M.