İlham Əliyev Xorvatiya Baş nazirinin I müavinini qəbul edib

İlham Əliyev Xorvatiya Baş nazirinin I müavinini qəbul edib

30 Oktyabr 2014 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya baş nazirinin I müavini, xarici və Avropa işləri üzrə naziri Vesna Pusiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Apa-nın məlumatına görə, görüşdə Azərbaycan-Xorvatiya münasibətlərinin siyasi, iqtisadi və digər sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib, enerji sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirilib və bu baxımdan "Cənub" qaz dəhlizinin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mediainfo.az