İŞİD-çi: "Allah “İslam dövlətinə” Azərbaycan və Türkiyəni bəxş edəcək”

İŞİD-çi: "Allah “İslam dövlətinə” Azərbaycan və Türkiyəni bəxş edəcək”

30 Oktyabr 2014 11:50
Bəyəndim (0) Bəyənmədim (0)

İŞİD-in Suriya qanadında "Dəməşqin çeçen canavarları" adlı qrupda döyüşən Seyfullah Akiyev Allahın mücahidlərə verəcəyi "hədiyyələr" haqqında danışıb. Sadalanan "hədiyyələr" arasında Azərbaycanın da adı çəkilir.

O, Əsəd rejiminə üz tutaraq "Siz uşaqları öldürdünüz, siz Allahın dinindən çıxdınız, yeriniz cəhənnəmdir", - deyə bildirib: "Qardaşlar, bizim qisasa ehtiyacımız var. Biz Ömər Şişani Seyfullah Aslanın, Azərbaycan camaatının sabiq əmiri Əbu Yəhya Əl-Azərinin qisasını alacağıq".

Daha sonra İŞİD xəlifəsi Bağdadini tərifləyən çeçen mücahid "İslam dövləti"nin genişlənəcəyini və bunun Allahın istəyi ilə baş tutacağını" deyib: "Biz qalib gələcək və bayram edəcəyik. Allah "İslam dövlətinə" Azərbaycan və Türkiyəni bəxş edəcək".

Xatırladaq ki, Suriyada azərbaycanlılardan ibarət döyüşçülərin komandiri Əbu Yəhya Əl-Azəri ötən ilin sentyabr ayında öldürülüb. /publika/

Mediainfo.az