Ukraynada ilkin mandat bölgüsü aıqlanıb
Ukrayna Ali Radasına oktyabrın 26-da keçirilmiş səsvermənin hesablanması davam edir. "Media forum" saytının məlumatına görə, ilkin nəticələr parlamentə ən çox deputatın Poroşenko blokundan seçildiyini göstərir. Prezident partiyası 125 mandat qazanır. Baş nazir Arseni Yasenyukun partiyası – Xalq Cəbhəsi 84 mandat əldə edir.
"Samapomoş" blokunun hələlik 33, müxalif blokun 29 mandatı var.
Radikal partiya 22, sabiq baş nazir Yuliya Timoşenkonun "Batkivşina" bloku 19 mandat götürür.
9 mandat digər partiyalara, 102 mandat isə partiyasız şəxslərə düşür.
Ukrayna Ali Radası 450 deputatdan ibarətdir. Rus işğalına görə Krımın 12, Donbasın 15 dairəsində seçki keçirilməyib.
Mediainfo.az
Digər xəbərlər