Rusiya prezidenti: "Putin mənim rəqibim ola bilməz"

Rusiya prezidenti: "Putin mənim rəqibim ola bilməz"

20 İyun 2011 12:25
Bəyəndim (0) Bəyənmədim (0)
Vladimir Medvedev 2012 seçkilərində iştirak etməyəcək?

Rusiya prezidenti Dmitri Medvedev 2012-ci il prezident seçkilərində Vladimir Putinə rəqib olmayacağını bildirdi. "Financial Times"a müsahibə verən lider, "Mən və dostum Putin eyni siyasi gücü təmsil edirik. Buna görə də bizim aramızda hər hansı bir rəqabətdən söz gedə bilməz. Putinlə aramızdakı çatlağın dərinləşəcəyinə inananlar yanlış fikirdədirlər. Bir də ona ümid edirəm ki, Barak Obama da seçkilərdən qalib kimi ayrılacaq. Əks təqdirdə, nüvə silahsızlaşma anlaşmalarına xeyli ziyan dəyə bilər", - deyə açıqlama verib. O, bunun ölkədə mövcud şərtlər baxımından da gözəl bir ssenari olmayacağını əlavə etdi. Rusiya qanunlarına görə, 2000-2008-ci illərdə prezident olan Vladimir Putin 2012-də də bu vəzifəsini çiyinlərinə götürə bilər.

Demokratiya bəzən gözəl təqdim olunan diktaturadır...

Günel Həbib

O.M.