İran və Rusiya İŞİD-ə qarşı birgə əməliyyat qərargahı yaratdı
İran və Rusiya İraqda İŞİD ilə mübarizə üçün birgə əməliyyat qərargahı yaradıb. "Trend"-in məlumatına görə, bu barədə İranın "Tasnimnews" xəbər saytı iraqlı mənbəyə istinadən xəbər verir.
Məlumata əsasən, iranlı və rusiyalı hərbi ekspertlər iraqlı komandirlərə İŞİD ilə mübarizədə yardım edir: "Rusiya və İrandan 60-dan çox hərbi ekspert İraqın paytaxtı Bağdadda "Əl-Rəşid" hotelində birgə əməliyyat qərargahı yaradıblar".
Mediainfo.az
Digər xəbərlər