Millət vəkili: “İşğal olunmuş Azərbaycan əraziləri ilə bağlı qanunun qəbul edilməsi təklif edilir”

Millət vəkili: “İşğal olunmuş Azərbaycan əraziləri ilə bağlı qanunun qəbul edilməsi təklif edilir”

17 Oktyabr 2014 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

İşğal olunmuş Azərbaycan əraziləri ilə bağlı qanunun qəbul edilməsi təklif olunur

Trend-in məlumatına görə, bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qənirə Paşayeva səsləndirib.

Millət vəkili belə bir qanun layihəsinin başqa ölkələrdə də qəbul edildiyini vurğulayıb.
Q.Paşayeva qanunda Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edən şəxslərin, şirkətlərin nümayəndələrinin, deputatların Azərbaycana səfərinə qadağa qoyulmasının əksini tapmalı olduğunu qeyd edib.
Millət vəkili ali məktəblərdə ödənişli əsaslarla təhsil alan I və II qrup əlillərin təhsil haqqından azad edilmələrini də təklif edib.
Dövlətin hər zaman əlillərə və sağlamlıq imkanları məhdud olanlara diqqət və qayğı göstərdiyini qeyd edən Q.Paşayeva ali məktəblərə ödənişli əsaslarla daxil olan I və II qrup əlillərin təhsil haqqından azad edilmələrinin yaxşı addım ola biləcəyini deyib.
Onun fikrincə, bu addım ali təhsil müəssisələrinə üz tutan əlil gənclərin ödəniş problemini həll etməklə yanaşı, yüzlərlə əlil gəncin ali təhsilə meylinin artmasına və gələcəyinin təminatına, inkişafına, həyata daha çox sarılmasına önəmli dərəcədə təsir edər.

Mediainfo.az