Kobani döyüşlərində 660 nəfər həlak olub

Kobani döyüşlərində 660 nəfər həlak olub

17 Oktyabr 2014 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

İnsan haqları qrupunun bildirdiyinə görə, Kobanidə bir aydır davam edən döyüşlər zamanı 660 insan həyatını itirib.

Briyanyada yerləşən Suriya İnsan Hüquqlarının Müşahidəsi təşkilatı bildirir ki, təxminən 380 İŞİD qrupu yaraqlısı kürd qüvvələri ilə Əyn Əl-Ərəb ərazisində döyüşlər əsnasında öldürülüb.

Həlak olanlar arasında 260 kürd döyüşçüsü və 17 sakin var. İslam Dövləti qrupunun hücumu nəticəsində 10 minlərlə insan Türkiyəyə qaçıb.

Birləşmiş Ştatlar və digər müttəfiqlər tərəfindən kürd döyüşçülərə dəstək məqsədl ilə Kobanidə İslam Dövləti qrupuna havadan intensiv hücumlar təşkil olunur.

ABŞ ekspertləri yüzlərlə yaraqlının hücumlar zamanı öldürüldüyünü güman edir ("Amerikanın səsi").

Mediainfo.az