Türkiyəli komandan Azərbaycana gəlib

Türkiyəli komandan Azərbaycana gəlib

15 Oktyabr 2014 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı, vitse-admiral Hakan Üstemin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Apa -nın məlumatına görə, nümayəndə heyətinin səfəri bu gün başlayıb.

Səfər çərçivəsində vitse-admiral H. Üstem Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində görüşlər keçirəcək, Azərbaycan Sahil Mühafizəsinin imkanları ilə tanış olacaq.

Qeyd edək ki, vitse-admiral H. Üstem bu ilin avqust ayında Türkiyə Sahil Təhlükəsizlik komandanı vəzifəsinə təyin olunub.

Mediainfo.az