Ukrayna prezidenti 23 fevral bayramını ləğv etdi

Ukrayna prezidenti 23 fevral bayramını ləğv etdi

14 Oktyabr 2014 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidenti Pyotr Poroşenko yeni bir sərəncam imzalayıb. UNİAN-ın məlumatına görə, sərəncama əsasən, Ukrayna ərazisində illərdən bəri qeyd olunan 23 fevral Vətənin Müdafiəçisi Günü (kişilər bayramı) ləğv edilib. Eyni zamanda 14 oktyabr Ukrayna Müdafiəçilərinin Günü (kişilər bayramı) kimi təqvimdə qeyd olunub. Sərəncamın mətnində yeniliyin Ukrayna xalqının hərbi ənənələrini yaşatmağa, vətəndaşlar arasında vətənpərvərlik ruhunun artırılmasına xidmət etdiyi xüsusilə vurğulanır.

Mediainfo.az