![İqor Popov sabah Azərbaycana gələcək](http://oxumeni.az/media/news/2014/10/photo_31765.jpg)
İqor Popov sabah Azərbaycana gələcək
ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andriu (Fransa) və Ceyms Uorlik (ABŞ) oktyabrın 14-də Azərbaycana gələcəklər.
Apa-nın xəbərinə görə, onların dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan isə öz "Twitter" səhifəsində vasitəçilərin oktyabrın 17-də ölkəyə gələcəklərini yazıb.
Xatırladaq ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın sonunda Fransada keçiriləcək görüşünə hazırlıqdır.
Həmsədrlər oktyabrın 18-nə qədər bölgədə olacaqlar.
Mediainfo.az
Digər xəbərlər