Boliviyanın yeni prezidenti: Evo Morales!
Evo Morales üçüncü dəfə Boliviya prezidenti seçilib. Sosialist təmayüllü hakim partiyanın namizədi olan Moralesin 12 oktyabr seçkisində 60 faizdən çox səs topladığı bildirilir.
"Media forum" saytının məlumatına görə, digər dörd namizəd içində prezidentin ən güclü rəqibi olan Samuel Doria Medina (sağ mərkəz qüvvələrin dəstəklədiyi biznesmen) 24 faiz səs alıb.
55 yaşlı Morales prezident postunu 2006-cı ildən tutur.
Oktyabrın 12-də boliviyalılar vitse-prezidenti, parlamentin aşağı və yuxarı palatasının deputatlarını da seçiblər.
Mediainfo.az
Digər xəbərlər