Elmar Məmmədyarov Strasburqa gedib

Elmar Məmmədyarov Strasburqa gedib

1 Oktyabr 2014 17:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasının növbəti sessiyasında iştirak etmək məqsədilə Fransanın Strasburq şəhərinə yola düşüb.

XİN mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun AŞPA-nın növbəti sessiyasında iştirakı, sessiya zamanı Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində çıxışı və bir sıra görüşləri nəzərdə tutulur.

Mediainfo.az