Britaniya Avropa İttifaqından çıxmaq istəyir
Böyük Britaniya Avropa İttifaqından çıxmaq istəyir. The Telegraph-ın məlumatına görə, baş nazir Devid Kemeron ölkəsində Avropa İttifaqından çıxmaq barədə referendum keçirə biləcəklərini açıqlayıb. O, bunun üçün ictimai kampaniyaya başlayacaqlarını bildirib.
Baş nazir Böyük Britaniyanın Avropa İttifaqındakı üzvlük şərtlərinə yenidən baxılmasını tələb edir. Belə ki, bir sıra kasıb Avropa ölkələrindən Birləşmiş Krallığa gələn ucuz işçi qüvvəsi ölkədəki əmək bazarına mənfi təsir göstərir. Buna görə də baş nazir Avropa İttifaqından B.Britaniyaya gəlişi məhdudlaşdırmaq fikrindədir.
Devid Kemeron həmçinin Brüsselin Londonun işlərinə qarışmasından da hədsiz dərəcədə narahatdır. O, hətta Avrointeqrasiya tərəfdarı olan Jan Klod Yunkerin Avropa komissiyasının başçısı seçilməsinə qarşı çıxmışdı. Belə ki, lüksemburqlu diplomatın seçki platformasında Avropada mərkəzləşmənin, o cümlədən xarici siyasətdə vahid xəttin irəli sürülməsinin vacib olduğu yer alırdı. Jan Klod Yunker həmçinin Avropa Şurası diplomatlarının səlahiyyətlərinin artırılmasını təklif edildi.
Məlumatda bildirilir ki, Böyük Britaniyanın Avropa İttifaqı qarşısında qaldırdığı məsələ müsbət həllini tapmazsa, 2017-ci ildə ölkənin Avrozonadan çıxması barədə ümumxalq səsverməsi keçirilə bilər.
Xatırladaq ki, Lüksemburqun baş nazirinin sabiq müavini Jan Klod Yunker cari ilin 15 iyul tarixində Avropa komissiyasının sədri vəzifəsinə seçilib.
Mediainfo.az



















.jpg)

.jpg)


.jpg)






































































