V. Jirinovski Bakıya gələcək

V. Jirinovski Bakıya gələcək

25 Sentyabr 2014 16:14
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri, RLDP-nin Dövlət Dumasındakı fraksiyasının başçısı Vladimir Jirinovskinin Bakıya səfər edəcəyini təsdiqləyib. Səfirlikdən səfərin bu gün baş tutacağını bildirsələr də, əlavə informasiya verilməyib.

V.Jirinovskini Azərbaycana dəvət edən Milli Məclisin mətbuat katibi Akif Nəsirov da RLDP liderinin bu gün Bakıya gələcəyini təsdiqləyib. A.Nəsirov deyib:

"Gəlməyinə gələcək. Bu dəqiqdir. Amma daha ətraflı bilgini saat 17:00-dan sonra verə biləcəm. Bəzi məsələlər qarşıdakı saatlarda dəqiqləşəcək".

Mediainfo.az