Qəddafinin iqamətgahı bombalandı

Qəddafinin iqamətgahı bombalandı

16 İyun 2011 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Liviya lideri Müəmmar Qəddafinin rezidensiyasında bir neçə partlayış baş verib. Bu barədə "Reuters" agentliyi xəbər yayıb. Şahidlərin dediklərinə görə, tikilinin üzərində hal-hazırda qatı tüstü qalxmaqdadır.

NATO isə bomba zərbələri endirilməsi haqda olan məlumatları təkzib edir. Bundan başqa NATO Liviya televiziyasının alyans qüvvələri tərəfindən sərnişin avtobusuna hava hücumu nəticəsində 12 nəfərin öldürüldüyü xəbərini də təkzib edir: "Biz çərşənbə günü Kikl şəhərinə bir zərbə də endirməmişik".

Liviya qoşunlarının üsyançıların əlində olan Zintan şəhərinə yenidən endirdikləri artilleriya və raket zərbələri nəticəsində ən azı 12 nəfərin həlak olduğu, onlarla yaralı olduğu bildirilir. Qeyd edək ki, Zintan şəhəri paytaxt Tripolidən 150 km aralıda yerləşir.

Əlində bomba tutublar, deyir artıq ətdir.

Bəhram Mustafabəyli

O.M.