Ukrayna MSK: “Vətən” və ”İctimai hərəkat” partiyaları qeydiyyatdan keçdilər
Ukraynanın Mərkəzi Seçki Komissiyası "Batkivşina (Vətən)" və "Qromadskiy Rux (İctimai hərəkat)" siyasi cərəyanlarının təqdim etdiyi seçki siyahılarını qeydiyyatdan keçirib. UNİAN-nın məlumatına görə, növbədənkənar parlament seçkilərində "Batkivşina (Vətən)" 216, "Qromadskiy Rux (İctimai hərəkat)" 34 namizədini qeydiyyata aldırıb. "Batkivşina (Vətən)" partiyasından olan namizədlərin siyahısına təyyarəçi Nadejda Savçenko başçılıq edir. Daha sonra partiyanın lideri Yuliya Timoşenko, Maydan fəallarından olan Kiyev Şurasının deputatı İqor Lutsenko, partiyanın həmsədri Sergey Sobolev, ictimai xadim Alyona Şkrum kimi tanınmış fəalların adları çəkilir.
"Qromadskiy Rux (İctimai hərəkat)" partiyasının ilk beşliyinə vəkil Anatoliy Başlovka, jurnalist Jan Novoseltsev, ictimai fəallar Dmitriy Karp, Sergey Oprya və Aleksey İsayev daxildirlər.
Xatırladaq ki, buna qədər "Vətəndaş mövqeyi", "Kommunist" və "Dirçəliş" partiyaları qeydiyyatdan keçmişdilər.
Qeyd edək ki, Ukrayna Ali Radasına növbədənkənar seçkilər cari ilin 26 oktyabr tarixində keçiriləcək.
Mediainfo.az
















































































.jpg-2.jpg)














