Nazir ABŞ-a yola düşdü

Nazir ABŞ-a yola düşdü

22 Sentyabr 2014 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

Xarici İşlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək məqsədilə sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfər edib.

Bu barədə XİN mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində E.Məmmədyarovun BMT-nin 69-cı sessiyasında iştirakı və sessiyanın ümumi müzakirələr hissəsində çıxışı, BMT-nin müxtəlif məsələlərə həsr olunmuş iclaslarında iştirakı və ikitərəfli və çoxtərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub.

Mediainfo.az