Şotlandiya niyə müstəqil olmaq istəmədi?
Böyük Britaniya torpağı Şotlandiyada sentyabrın 18-də keçirilmiş müstəqillik referendumunun ilkin nəticələri açıqlanıb. "Media forum" saytı xəbər verir ki, hesablamaya görə, "Şotlandiya müstəqil ölkə olmalıdırmı" sualına hə deyənlərin sayı 1 milyon 176 min 952 nəfərdir. 1 milyon 397 min 77 nəfər isə müstəqilliyin əleyhinə çıxıb.
Bu rəqəmlər 32 qraflıqdan 26-nın ilkin nəticələrinə əsaslanır. Qlazqo, Dandi kimi önəmli qraflıqlar müstəqilliyə səs veriblər. Aberdin qraflığı isə müstəqilliyə yox deyib.
Şotlandiya 1707-ci ildən İngiltərə ilə ittifaqdadır. 1997-ci ildə məhdud muxtariyyət əldə edib. 1999-cu ildən öz parlamenti və icra hakimiyyəti fəaliyyət göstərir.
Ərazisi 78 min 772 kvadrat kilometr olan Şotlandiyada 2013-ci il yanvar ayına olan rəsmi məlumata əsasən, 5 milyon 328 min nəfər əhali məskunlaşıb. Əhalinin 83%-ni şotlandlar, 9%-ni ingilislər təşkil edir.
Analitiklərin fikrincə, Şotlandiyanın müstəqil olmaq istəməməsi daha çox iqtisadi amillərlə əsaslanır. Belə ki, muxtariyyatın valyutası olmadığından onun Avropa iqtisadi institutlarına inteqrasiya prosesi ölkə iqtisadiyyatını iflic vəziyyətə sala bilər.
Mediainfo.az
















































































.jpg-2.jpg)














