Yatsenyuk: “Ukrayna Rusiyanın sanksiyalarına cavab verəcək”

Yatsenyuk: “Ukrayna Rusiyanın sanksiyalarına cavab verəcək”

17 Sentyabr 2014 17:13
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Ukraynaya ticari məhdudiyyətlər tətbiq edəcəyi halda, Ukrayna da Rusiyaya eyni münasibəti göstərəcək. APA-nın verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Arseni Yatsenyuk Nazirlər Kabinetinin iclasında deyib. O bildirib ki, Ukrayna Rusiyanın ticari məhdudiyyətlərinə hazır olmalıdır: "Mən rəsmi şəkildə demək istəyirəm ki, Ukrayna tezliklə Rusiyanın ticari sanksiyaları ilə üzləşəcək. Biz də elə həmin gün dərhal bu məhdudiyyətlərə qarşı lazımi ölçülər götürəcək və qarşılıq verəcəyik".

Mediainfo.az