Məşhəddə konsulluğumuz olacaq
İranın Xorasan-Rəzəvi əyalətinin ostandarının Bakıyıya səfəri çərçivəsində Məşhəddə Azərbaycan konsulluğunun açılması müzakirəyə çıxarılıb
İranın Xorasan-Rəzəvi əyalətinin ostandarının Bakıyıya səfəri çərçivəsində Məşhəddə Azərbaycan konsulluğunun açılması müzakirəyə çıxarılıb.
İnterAz-ın İranın Xorasan-Rəzəvi Ostandarlığının rəsmi saytına istinadla verdiyi xəbərə görə, bu məsələ İranın Xorasan-Rəzəvi əyalətinin ostandarı Əlirza Rəşidiyanın Azərbaycan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüşü çərçivəsində müzakirə edilib.
Məlumata əsasən, görüşdə Bakı-Məşhəd aviareysinin açılması, turizm zəmnində əməkdaşlıq, xüsusilə də, Məşhəddə hotellərin tikilməsi və bu istiqamətdə yatırımlar kimi məsələlər barədə danışıqlar aparılıb.
Mediainfo.az









































.jpg)





















































