Olland Putinlə Poroşenkonu görüşdürəcək

Olland Putinlə Poroşenkonu görüşdürəcək

12 Sentyabr 2014 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Petro Poroşenko arasında yeni görüş təşkil etməyə hazırdır.

ANS PRESS-in məlumatına görə, Fransa prezidenti Fransua Olland Poroşenko ilə telefon danışığı zamanı Almaniya kansleri Angela Merkellə birlikdə "Normandiya formatı"nda Rusiya, Ukrayna, Almaniya və Fransa liderlərinin görüşünü təşkil etməyə hazır olduğunu deyib.

Ollandla ukraynalı həmkarı Minskdə sentyabrın 5-də əldə edilmiş razılığı, xüsusilə atəşkəsin müşahidə edilməsi, Ukrayna- Rusiya sərhədinin yoxlanılması və əsirlərin azad edilməsi məsələlərini müzakirə edib.

Fransa prezidenti bəyan edib ki, Paris həmçinin, ATƏT-in Ukrayna ilə bağlı təkliflərini dəstəkləməyə hazırdır.

Xatırladaq ki, Putinlə Poroşenkonun ilk təkbətək görüşü ötən ay Minskdə baş tutub.

Mediainfo.az