Obama İŞİD-i darmadağın edəcək

Obama İŞİD-i darmadağın edəcək

10 Sentyabr 2014 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Barak Obama yaxın vaxtlarda İŞİD-in Suriyadakı canlı qüvvə və texnikasını məhv etmək üçün hava zərbələrinin endirilməsinə əmr verəcək.

Virtualaz.org xəbər verir ki, bu haqda "The Washington Post" qəzeti yazır. Qəzet Obama ilə məsələni müzakirə edən bir neçə yüksək rütbəli mənbəyə istinad edir.

Məqalədə bildirilir ki, sentyabrın 8-də Ağ Evdə məsələ müzakirə edilib, müzakirələrə bir sıra nüfuzlu keçmiş rəsmilər - Zbiqnev Bzejinski, Tomas Danilon, Stiven Hedli, Stroub Telbott və s. dəvət olunublar.

Mediainfo.az