QHT rəhbərləri Almaniya prezidenti ilə görüşüb
Sentyabrın 8-də Azərbaycandan olan QHT rəhbərləri Almaniya Prezidenti Yoahim Qaukla görüşüb. Xəbəri "Yeni Müsavat"a Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü, qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli verib. Görüşdə Səftər Rəhimli ilə yanaşı, "Soyqırım Həqiqətlərinin Tanıdılması" ictimai birliyinin sədri Ceyhun Ələkbərov da iştirak edib.
AFR-in dövlət başçısının təşkil etdiyi bu tədbirdə prezident Yoahim Qauka və ölkənin birinci xanımı Daniela Şadta Azərbaycanın milli xalçası, Heydər Əliyev Fondu tərəfindən hazırlanan və Azərbaycanın mədəniyyətini, tarixini əks etdirən kitablar, Azərbaycan muğamların, xalq mahnılarımızdan ibarət disklər hədiyyə olunub. Görüşdə çıxış edən Ceyhun Ələkbərov görüş iştirakçıların başçılıq etdiyi qrupun fəaliyyəti ilə bağlı geniş bilgi verib.
Mediainfo.az









































.jpg)





















































