Con Kerridən İŞİD-ə qarşı koalisiya çağırışı

Con Kerridən İŞİD-ə qarşı koalisiya çağırışı

5 Sentyabr 2014 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ İraq-Şam İslam Dövlətinə (İŞİD) qarşı mübarizə aparmaq üçün koalisiya yaradılması çağırışı edib.

Türkiyə mətbuatına istindən verdiyi xəbərə görə, bu təklifi ABŞ dövlət katibi Con Kerri Uelsdə keçirilən NATO sammitində irəli sürüb.

O bildirib ki, ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Danimarka, Polşa, Kanada, Avstraliya və Türkiyə İŞİD-ə qarşı birgə mübarizə aparmalıdır.

Kerri əlavə edib ki, bu birlik sentyabr ayının sonlarında keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında terror təşkilatı ilə mübarizə planında mühüm rol oynayacaq.

Mediainfo.az