
ABŞ “İŞİD”-i vurmaqda davam edir
Keçirilən 3 hava hücumu nəticəsində "İraq-Şam İslam Dövləti"nə (İŞİD) aid 2 hərbi maşın və bir müşahidə nöqtəsi məhv edilib.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ Mərkəzi Güclər Komandanlığı yayıb. Məlumatda bildirilir ki, əməliyyatda Amerika tərəfi itki verməyib.
Xatırladaq ki, ABŞ ordusu terror qruplaşmasına qarşı bu günə qədər İraq daxilində 127 hava hücumu həyata keçirib.
Mediainfo.az
Digər xəbərlər