Gürcüstanın 2 naziri Azərbaycana gələcək

Gürcüstanın 2 naziri Azərbaycana gələcək

2 Sentyabr 2014 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze ilə energetika və təbii sərvətlər naziri Kaxa Kaladze Bakıya səfər edəcəklər.

Gürcüstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfər 8-9 sentyabr tarixlərində gerçəkləşəcək.

Gürcüstan nümayəndə heyətinin üzvləri sentyabrın 9-da Bakıda keçiriləcək "Şərq tərəfdaşlığı" ölkələrinin energetika nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcəklər.

Mediainfo.az