Məmmədyarov Qazaxıstan XİN müavinini qəbul edib
Nazir Elmar Məmmədyarov Qazaxıstanın xarici işlər nazirinin müavinini qəbul edib.
Qazaxıstanlı diplomatı salamlayan nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin hazırkı durumundan məmnunluq ifadə etmiş və Ermənistan-Azərbaycan münaqişəsinin həllində Qazaxıstanın Azərbaycana olan dəstəyini yüksək qiymətləndirib.
Bu gün Azərbaycan ilə Qazaxıstanın Xarici Işlər Nazirlikləri arasında keçirilmiş növbəti üçüncü məsləhətləşmə haqqında məlumat verən Samat Ordabayev iki ölkə arasındakı münasibətlərin daha da inkişafı üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.
Habelə tərəflər arasında regional proseslər, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər
















































































.jpg-2.jpg)














