
Cisr-əs-Şuqurda 120 hərbçi və polis cəsədi aşkarlanıb
Suriyada dünən keçirilmiş etiraz aksiyalarında yenə onlarla insanın öldüyü bildirilir. Bu barədə Suriya dövlət televiziyasına istinadən "Əl cəzirə" məlumat verib.
Dəməşqdən 330 km aralıda yerləşən İdlib əyalətinin
Cisr-əş-Şuqur rayonunda 120 nəfər hərbçi və polis əməkdaşının cəsədləri
aşkarlanıb.
Məlumatda bu insanların harada həlak olduqları deyilmir,
lakin onların arasında mülki şəxslərin və təhlükəsizlik qüvvələri əməkdaşlarının olduğu
bildirilir.
Eyni zamanda dövlət televiziyası ordunun Cisr-əş-Şuqur
şəhərinə daxil olduğu və orada silahlı qruplaşma üzvlərini ələ keçirdiyi barədə
məlumat yayıb.
Ağacın kökünə qurd düşdüsə, mütləq kəsiləcək.
Bu dəfə qurd Qərb ölkələridir...
Bəhram Mustafabəyli
O.M.
Digər xəbərlər