Çexiyadan vətəndaşlarına xəbərdarlıq

Çexiyadan vətəndaşlarına xəbərdarlıq

12 Avqust 2014 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

Çexiya Xarici İşlər Nazirliyi vətəndaşlarını Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarına səfərdən çəkinməyə çağırıb. Apa-nın Çexiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müraciətdə bildirilir ki, qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalarla əlaqədar həmin ərazilərə getmək məsləhət görülmür. XİN-dən bildirilib ki, Çexiyanın Bakı və İrəvandakı səfirlikləri Dağlıq Qarabağ ərazisində və ətraf ərazilərdə Çexiya vətəndaşlarına konsulluq yardımının göstərilməsini təmin edə bilməz.

Mediainfo.az