Nuri əl-Maliki vəzifəsindən kənarlaşdırılıb
İraqda siyasi vəziyyət gərginləşib. ANS-in məlumatına görə, ölkənin baş naziri Nuri əl-Maliki vəzifəsindən kənarlaşdırılıb. Onun əvəzinə isə şiə cəmiyyətinin əsas siyasi birliyi – "Milli İttifaq" partiyasından Heydər əl-Əbədi bu vəzifəyə təyin olunub. İraq rəhbərliyi ölkədə yeni hökumətin qurulması üçün Heydər əl-Əbədiyə tapşırıqlar verib. Əl-Malikinin bu istiqamətdə gördüyü işlər isə uğursuz alınmışdı. Əl- Maliki isə prezident Fuad Məsumun bu addımını qanunsuz hesab edib.
İraq rəhbərliyinin siyasi seçimi ABŞ hökuməti tərəfindən də müsbət qarşılanıb. ABŞ prezidenti Barak Obama İraq hakimiyyətindən mümkün qədər qısa vaxt ərzində yeni hökuməti formalaşdırmağa çağırıb.
Mediainfo.az
Digər xəbərlər


















































































.jpg)
.jpg)
.jpg)









