ATƏT prezidentlərin görüşündə iştirak etməyəcək

ATƏT prezidentlərin görüşündə iştirak etməyəcək

7 Avqust 2014 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andriye(Fransa) Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın bu həftə Soçidə keçirilməsi planlaşdırılan görüşündə iştirak etməyəcəklər.

Bu barədə "Armenpress" ABŞ-ın Ermənistandakı səfirliyinə istinadən xəbər yayıb.

Səfirlikdən bildiriblər ki, həmsədrlərin Soçiyə səfəri gündəmdə deyil. Xatırladaq ki, 8-9 avqust tarixlərində Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, hər iki prezident Soçidə Vladimir Putunlə ayrı-ayrılıqda görüşəcəklər. xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü ötən il noyabrın 19-da Vyanada keçirilib.

Mediainfo.az