
Türkiyə Qəddafiyə yardım edir
Müxalifət rəsmi Ankaradan narazıdır
Liviyalı üsyançılar NATO-nun Muammər Qəddafiyə bağlı qüvvələr üzərinə təşkil etdiyi əməliyyatlardakı uğursuzluqların qəbzini Türkiyəyə kəsdi. Onlar Türkiyənin Qəddafi rejiminə yanacaq satdığı iddiası ilə çıxış etdilər.
Liviya Milli Şurasının London koordinatoru Cümə Əl Qamati verdiyi müsahibədə, "Türkiyə Qəddafi güclərinə yardım edir, NATO-nun əməliyyatlarına isə mane olur", - deyə söylədi. Baş nazir Rəcəb Tayyib Ərdoğanın yüksək səviyyəli məsləhətçilərindən İbrahim Kalın isə "Times" qəzetinə göndərdiyi məktubda liviyalı üsyançıların iddialarının tamamilə səhv və əsassız olduğunu ifadə etdi.
O.M.
Digər xəbərlər