
Əli Abdulla Saleh palataya köçürüldü
Yəmən prezidenti Əli Abdulla Saleh intensiv terapiya palatasında adi palataya köçürülüb. Rəsmi dövlət agentliyi "Saba" prezidentin durumunun stabil olduğunu bildirir. Bazar günü prezident cərrahiyyə əməliyyatı olunub. Həkimlər əməliyyat keçirərək onun ürək nahiyəsinə yaxın yerə ilişib qalmış qəlpəni çıxarıblar.
Xatırladaq ki, iyunun 3-də prezident sarayının yaxınlığındakı məscidə cümə namazı zamanı silahlı basqın edilib. Nəticədə prezident, baş nazir, baş nazirin müavini, parlamentin spikeri və bir neçə siyasətçi yaralanıb, dörd cangüdən öldürülüb.
Prezidentin ürəyi qəlpədən yox, xalqın üsyanından yaralıdır...
Bəhram Mustafabəyli
O.M.
Digər xəbərlər